Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov bildirib ki, futbolçuların süni yaş azaltması problemi iki-üç ilə tamamilə həll ediləcək."Biz məsələyə yanaşmada reallıqları nəzərə almalıyıq. Problemi bir dəfəyə həll etmək çox çətindir", - deyə Elxan Məmmədov vurğulayıb.
Federasiyanın öncə yaydığı məlumatda qeyd edilir ki, AFFA-nın apardığı növbəti araşdırma zamanı müəyyən olunub ki, 19 yaşadək qızlardan ibarət milli komandanın heyətində doğum tarixi yanlış göstərilən futbolçular çıxış edib.
Həmin futbolçular yığmamızın heyətində Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarında iştirak ediblər və məlum olduğu kimi, U-19 (qızlar) Avropa çempionatının elit-raunduna vəsiqə qazanıb. 19 yaşadək qızlardan ibarət yığma komandamızın AÇ-nin elit-raunduna vəsiqə qazanmasına baxmayaraq, AFFA FAIR PLAY (Ədalətli Oyun) qaydalarına və rəqiblərə hörmətlə yanaşaraq, komandanın heyətində yaşı süni olaraq azaldılmış futbolçular çıxış etdiyi üçün U-19-un (qızlar) elit-raundda iştirakdan imtinası ilə bağlı UEFA-ya məktub ünvanlayıb. Məsələ ilə bağlı AFFA-nın daxili araşdırmaları davam edir və müvafiq qərar qəbul olunacaq.
E.Məmmədovun sözlərinə görə, problemi bir neçə mərhələləri keçməklə həll etmək mümkündür: "Biz istəyimizə nail olmaq üçün dünyanın, Avropa ölkələrinin təcrübəsini nəzərə almalıyıq. AFFA idmançıların yaşlarının süni şəkildə azaldılmasına qarşı 2009-cu ilin əvvəllərindən mübarizə aparmağa başlayıb. Ümid edirəm ki, bir neçə ildən sonra problemin həllinə nail olacağıq".
Onun fikrincə, problemin həlli üçün federasiyaya valideynlərin və məşqçilərin də kömək etmələri lazımdır.
Məmmədov deyib ki, 19 yaşadək qızlardan ibarət milli komandanın heyətində doğum tarixi yanlış göstərilən futbolçuların adlarını indi açıqlamaq mümkün deyil: "Çünki araşdırmalar davam edir. Ümid edirəm ki, proses iki-üç həftəyə başa çatacaq".
Futbolçuların yaşlarının azaldılmasına səbəbkar olanların məsuliyyət məsələsinə gəldikdə isə, baş katib deyib ki, bu qərar da araşdırmaların nəticəsi bəlli olandan sonra müəyyənləşdiriləcək.
Mənbə: trend.az
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı