Mübariz Mənsimovdan “Beşiktaş”a 30 milyon dollarlıq təklif

Mübariz Mənsimovdan “Beşiktaş”a 30 milyon dollarlıq təklif
ÖLKƏ FUTBOLU 25 Dekabr 2009 / 16:38 2629
-  A +

Azərbaycan əsilli iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri, “Xəzər Lənkəran”ın fəxri-prezidenti Mübariz Mənsimov yaxın dostu, “Beşiktaş” klubunun prezidenti Yıldırım Dəmirörənə möhtəşəm təklifini çatdırıb. Lent.az-ın “fotospor.com” saytına istinadən verdiyi məlumata görə, Mübariz Mənsimov ulduz futbolçu transferi üçün 30 milyon dollar ayırıb.
Azərbaycan əsilli iş adamı Yıldırım Dəmirörənə deyib ki, Luis Saha, Luca Toni, Pavlyuçenko, Akinfeev kimi futbolçulardan hansını istəyirsinizsə, anlaşın, yetər.
“Fotospor.com” saytının yazdığına görə, Mübariz Mənsimovun təklifindən sonra “Beşiktaş” rəhbərliyi ulduz futbolçu axtarışını sürətləndirib. Hücumçu qismində Pavlyuçenkonun namizədliyinə üstünlük verilir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi