"Bakı"nın prezidenti Vaqif Cavadovla danışıqlar apardığını təsdiqlədi

"Bakı"nın prezidenti Vaqif Cavadovla danışıqlar apardığını təsdiqlədi
PREMYER LİQA 22 Dekabr 2009 / 23:55 3365
-  A +

"Bakı" klubunun prezidenti Hafiz Məmmədov "Qarabağ"ın və milli komandamızın hücumçusu Vaqif Cavadovla bir müddət əvvəl danışıqlar apardığını bildirib. Qol.Az-ın məlumatına görə, bu gün jurnalistlər önündə çıxış edən Məmmədov deyib ki, Cavadov onun çox hörmət etdiyi futbolçudur: "Vaqifi komandamızda görmək istəyirdim. Sonradan onunla xarici klubların maraqlandığını eşidəndə, bu fikrimdən vaz keçdim. Çünki biz Azərbaycan futbolunun inkişaf naminə istedadlı futbolçularımızın ölkə xaricində çıxış etməsinin tərəfdarıyıq. Vaqif 2009-cu ildə Azərbaycanın ən güclü futbolçusu adını almağa layiqdir. Bu nominasiyada ikinci yeri isə Elvin Məmmədova verərdim".

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi