“Bakı” Antalyada “Terek”lə qarşılaşacaq

“Bakı” Antalyada “Terek”lə qarşılaşacaq
ÖLKƏ FUTBOLU 21 Dekabr 2009 / 11:28 1984
-  A +

“Bakı” Premyer Liqanın ikinci mərhələsinə və “Birlik Kuboku”nun hazırlığına yanvarın 3-də Türkiyənin Antalya şəhərində başlayacaq. Qol.Az-ın məlumatına görə, 12 gün Antalyada olacaq “zolaqlılar” 2 yoxlama görüşündə qüvvələrini sınayacaqlar. Bülənt Qorxmazın başçılıq etdiyi komandanın Rusiya Premyer Liqasında mübarizə aparan “Terek”lə görüşəcəyi dəqiqləşmək üzrədir. “Terek” rəsmiləri bu istəklə “Bakı”nın ofisinə müraciət ünvanlayıblar. Bu barədə klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verdi: “Birlik Kuboku”nun təqvimi sıxdır. 2 gündən bir oynamaq məcburiyyətindəyik. Yəni Antalyada özümüzü yormamağa çalışacağıq. Bizimlə yoxlama görüşü keçirmək istəyən komandalar var. Çox güman ki, rəqiblərdən biri “Terek” olacaq”. Qeyd edək ki, “Terek”in məşqçilərindən biri millimizin sabiq baş məşqçisi Şahin Diniyevdir.

Mənbə: "Çempion" qəzeti

Daha çox


Son xəbərlər