Ramim Ramin oldu!

Ramim Ramin oldu!
ÖLKƏ FUTBOLU 17 Dekabr 2009 / 11:02 3246
-  A +

Azərbaycan milli komandasının və «Bakı»nın futbolçusu Fabio Luis Ramimlə bağlı maraqlı hadisə baş verib. Qol.Az-ın «Futbol +» qəzetinə istinadən yaydığı məlumata görə, bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərində beynəlxalq turnirdə Ramimin geydiyi futbolkanın arxasında onun adı «Ramim» deyil, «Ramin» kimi yazılıb.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məsələylə bağlı bunları deyib: «Onun adı Ramimdi. Sadəcə, xarici pasportun vaxtı dəyişdiyinə görə Ramin yazılıb. Bu da onu Birləşmiş Ərəb Əmirliklərinə getdiyi vaxt baş verib. Yəni Braziliya pasportunda da Ramin yazılıb. Əvvəl heyətdə adı Ramim kimi yazılırdı. Dəyişiklik heyətin açıqlanması ərəfəsində olduğuna görə, futbolkasına da Ramin yazılıb. Yəni bu adam birdəfəlik oldu Ramin».

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi