Bülənt Qorxmaz: “O, ulduz deyil”

Bülənt Qorxmaz: “O, ulduz deyil”
ÖLKƏ FUTBOLU 16 Dekabr 2009 / 18:42 2760
-  A +

“Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz sabiq klubu “Qalatasaray”ın braziliyalı məşhur futbolçusu Elano haqda fikirlərini bildirib. Qol.Az-ın “Radyospor”a istinadən verdiyi məlumata görə, Qorxmaz Elanonu ulduz hesab etmədiyini bildirib: “Elano ulduz deyil. Ancaq komanda oyunçusu olaraq Linkolndan daha yararlıdı. Elano Messi, Droqba ya da Arda deyil. Elano həm də komanda yoldaşları tərəfindən sevilir. Amma insanlar ondan edə bilməyəcəyi şeyləri tələb edirlər”.
“Bakı”nın çalışdırıcısı eyni zamanda Arda Turanın kapitan kimi böyük təcrübə qazandığını və növbəti mövsümdə Avropada çox rahatlıqla oynaya biləcəyini vurğulayıb. 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi