Azərbaycanlı futbolçuların ləqəbləri

Azərbaycanlı futbolçuların ləqəbləri
ÖLKƏ FUTBOLU 15 Dekabr 2009 / 18:30 7217
-  A +

Azərbaycan futbolunda onları tanımayan çox az adam olar. Aşağıda təqdim olunan siyahıda adları olanların bəziləri artıq idmançı karyeralarını başa vurub, bəziləri isə futbolumuza xidmətlərini davam etdirir.
Bəli, onları çoxları tanıyır. Amma onlara əsasən elə futbolçu dostları tərəfindən verilən ləqəblərdən xəbərimiz varmı? Qol.Az saytı apardığı kiçik araşdırma nəticəsində Azərbaycan futbolçularına və Azərbaycanda oynayan və oynamış legionerlərə verilən ləqəbləri üzə çıxarıb.
Beləliklə, futbol dünyasında kim kimi hansı ləqəblə çağırır? Xəbəriniz yoxdursa, siz də bu siyahı ilə tanış olun.

Fərhad Vəliyev («Qarabağ») - «Yapon»
Namiq Əliyev («Qəbələ») - «Pele»
Amiran Muciri («Bakı) - «Mumu»
Səttar Əliyev («Qarabağ»ın keçmiş oyunçusu) - «İngilis»
İlham Məmmədov (keçmiş futbolçu) - «Maradona»
Hüseyn Məhəmmədov (milli komandamızın sabiq qapıçısı) - «Qusik»
Zaur Ramazanov («Standard») -  «Zayka»
Elnur Allahverdiyev («Qarabağ») - «Tank»
Rəşad Sadiqov («Qarabağ») - «Sehrbaz»
Maksim Medvedyev («Qarabağ») - «Maks»
Elvin Əliyev («Bakı») - «Kələş»
Samir Musayev («Turan») - «Buğa»
Ramil Sayadov («Simurq») - «Kötük»
Rauf Mehdiyev (klubsuz») - «Meşok»
Anar Vəliyev («Rəvan») - «Aut Anar»
Namiq Həsənov («Bakılı») - «Qara»
Elçin Dərgahquliyev (keçmiş futbolçu) - «Soğan»
Aslan Kərimov («Qarabağ») - «Qladiator»
Zaur Tağızadə («Neftçi») - «Qızıl oğlan»
Mahmud Qurbanov («Bakı»)  - «Professor»
Arif İsayev («Muğan») - «Messi»
Ruslan Poladov («Xəzər Lənkəran») - «06 motoru»
Rəşad Kərimov («Xəzər Lənkəran») - «Qara Rəşad»
Vasif Əliyev («Standard») - «Cicinyo»
Ramal Hüseynov («Standard») - «Dirsək»
Branimir Subaşiç (millimizin keçmiş hücumçusu) - «Banya»
Əli Quliyev («ABN Bərdə») - «At əli»
Rövşən Əhmədov (keçmiş futbolçu) - «Fış»
Əhməd Ticani («Bakı») - «Tico»
Fərid Quliyev («Standard») - «Kaka»
Ramazan Abbasov («Xəzər Lənkəran») - «Roma»
Elvin Məmmədov («Qarabağ») - «Yapon»
Cahangir Həsənzadə («Olimpik») - «Caqa»
İlqar Fərhadov («Turan»ın sabiq oyunçusu) - «Fiti»
Vüqar Fərhadov («Turan»ın sabiq oyunçusu) - «Çopu»
Zaur Abbasov («Turan») - «Zazi»
Nizami Sadıqov (keçmiş futbolçu, «Turan»ın baş məşqçisi), - «Cəfər»

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi