Rəşad Sadıqov Azərbaycanın ən güclü futbolçularını seçdi

Rəşad Sadıqov Azərbaycanın ən güclü futbolçularını seçdi
ÖLKƏ FUTBOLU 11 Dekabr 2009 / 13:51 2468
-  A +

Milli komandamızın kapitanı və «Qarabağ» klubunun müdafiəçisi Rəşad Sadıqov 2009-cu il üçün Azərbaycanın ən güclü futbolçularını müəyyənləşdirib. Qol.Az-ın müxbirilə söhbətində Rəşad Sadıqov komanda yoldaşları Vaqif Cavadovu birinci, Rəşad Sadiqovu ikinci, Elvin Məmmədovu isə üçüncü gördüyünü söyləyib. O, «Xəzər Lənkəran»ın və millimizin qapıçısı Kamran Ağayevi də ən güclülər sırasında gördüyünü vurğulayıb. «Adətən, əvvəllər seçim etmək rahat olurdu. Əsas rəqabət cəmi bir-iki futbolçu arasında gedirdi. İndi isə seçim çoxalıb ki, bu da milli komandamızda və futbolumuzda inkişafın göstəricisindən xəbər verir».
R.Sadıqov bu dəfə seçim edərkən adlarını çəkdiyi futbolçuların həm klublarında, həm də milli komandadakı çıxışlarını əsas götürüb. «Vaqif və Rəşad il boyu yaxşı oyunları ilə yadda qaldılar. Elvin ilin əvvəlində uğurlu çıxış etməsə də, sonradan yaxşı formaya düşdü. Rəşadda oyunu üzərinə götürmək qabiliyyəti var. O, bu istedadını millidəki oyunları ilə də təsdiqlədi».
R.Sadıqov onun üçün seçim etməyin çətin olduğunu desə də, birinci kimi Vaqif Cavadovu gördüyünü bildirib.
«Şəxsən sizin adınız da ilin ən güclü fütbolçuları sırasında çəkilir. Özünüzü neçəni yerdə görürsünüz» sualına R.Sadıqovun cavabı belə olub: «Bu haqda bir şey deyə bilmərəm. Amma kim birinci yeri tutmağı istəməz? Prinsipcə, mənim üçün birinci olmaq da yaxşıdır, olmamaq da».

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi