Georgi Nikolov: «Qəsdən» uduzan komandanın baş məşqçisi niyə və kimdən narazı qalmalıdır?!»

ÖLKƏ FUTBOLU 10 Dekabr 2009 / 19:28 2153
-  A +

Bakının «İnter» klubunun prezidenti Georgi Nikolov «Qəbələ»nin hələ ötən mövsüm kubokun yarımfinalında onun komandasına bilərəkdən 0:5 hesabı ilə uduzması barədə hakim Elçin Məmmədovun iddialarına münasibət bildirib. Qol.Az-ın müxbiri ilə söhbətində bu məsələdən xəbərsiz olduğunu söyləyən G.Nikolov heç kimlə sövdələşməyə getmədiklərini vurğulayıb. «Yadımdadır ki, hələ bu oyundan sonra «Qəbələ»nin baş məşqçisi Ramiz Məmmədov hakimlikdən narazı qalmışdı. Mən başa düşə bilmirəm, «qəsdən» uduzan komandanın baş məşqçisi niyə və kimdən narazılıq qalmalıdır?!» - deyə o bildirib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi