Berti Foqts: “Kim deyir ki, Axtyamovdan imtina edəcəyəm?”

Berti Foqts: “Kim deyir ki, Axtyamovdan imtina edəcəyəm?”
ÖLKƏ FUTBOLU 10 Dekabr 2009 / 11:51 2211
-  A +

“Bakı” - “İnter” oyunu normal keçdi. Düşünürəm ki, “Bakı” qələbəyə layiq oynadı”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib. Almaniyalı mütəxəssis son günlər Daniel Axtyamovdan imtina edəcəyi barədə yayılan xəbərlərə də münasibət bildirib: “Kim deyir ki, Daniel Axtyamovdan imtina edəcəyəm? Mən heç kimin yanında belə bir söz deməmişəm. Fərid Quliyevin o gün “Standard”a qarşı keçirdiyi oyununa baxdım. Amma mətbuata ayrı-ayrı oyunçular haqda açıqlama vermək istəməzdim. Təlim-məşq toplanışına kimlərin dəvət alacağını özünün görəcəksiniz”.
B.Foqts yeni köməkçi axtarışlarının davam etdiyini də bildirib: “Hələlik seçimimi etməmişəm. Növbəti təlim-məşq toplanışınacan kifayət qədər vaxtımız var. Ona görə də tələsmirik”.   

Daha çox


Son xəbərlər