Elnur Allahverdiyev “Qarabağ”dan gedir?

Elnur Allahverdiyev “Qarabağ”dan gedir?
ÖLKƏ FUTBOLU 13 Noyabr 2009 / 10:56 2617
-  A +

Azərbaycan milli komandasının müdafiəçisi “Qarabağ” klubunu tərk edə bilər. Qol.Az-ın “Böyük Futbol” qəzetinə istinadən verdiyi məlumata görə, təcrübəli müdafiəçinin hazırki komandası ilə müqaviləsinin müddəti başa çatmaq üzrədir. Klub rəhbərliyi Elnura müqavilənin müddətini uzatmağı təklif etsə də, futbolçunun bundan imtina etdiyi bildirilir. Onu daim əsas heyətdə çıxış etdiyi komandadan ayrılmaq fikrinə düşməsinin konkret səbəbləri bəlli olmasa da, ilkin versiya kimi Elnurun köhnə komandası “Neftçi”yə dönməyə hazırlaşdığı irəli sürülür. “Qarabağ”ın rəhbərliyi baş məşqçi Qurban Qurbanovun əsas silahlarından olan Allahverdiyevi qısa zaman kəsiyində razı sala bilməsə, futbolçunu qışda Ağdam klubuyla yollarını ayırması istisna olunmur.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi