Ağasəlim Mircavadov: “Layiqli qələbə qazandıq”

Ağasəlim Mircavadov: “Layiqli qələbə qazandıq”
ÖLKƏ FUTBOLU 24 Oktyabr 2009 / 20:41 2080
-  A +

"Bugünkü oyunda qalib gəlməyi qarşımıza məqsəd qoymuşduq və buna da nail olduq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq”la oyunsonrası mətbuat konfransında “Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mİrcavadov deyib. Təcrübəli mütəxəssis qələbəyə layiq olduqlarını düşünür: “Komandamız təmiz qələbə qazandı, rəqibi bütün komponentlərdə üstələdik. Onların topa nəzarət etməsinə imkan vermədik. Azarkeşlərimizi də bu qələbə münasibəti ilə təbrik edirəm”.

Daha çox


Son xəbərlər