Mais Mənsimov: “Bizi rəqiblərimizdən fərqləndirən önəmli bir cəhətimiz var”

Mais Mənsimov: “Bizi rəqiblərimizdən fərqləndirən önəmli bir cəhətimiz var”
ÖLKƏ FUTBOLU 23 Oktyabr 2009 / 19:30 2454
-  A +

Sabah Unibank Premyer Liqanın VIII turu çərçivəsində öz meydanında “Simurq”u qəbul edəcək “Xəzər Lənkəran” qarşıdakı matçın hazırlığını başa vurub. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, oyunqabağı son hazırlıq prosesini “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov da izləyib. Klub rəhbəri futbolçularla görüşüb və “Olimpik-Şüvəlan” məğlubiyyətini unutduğunu bildirərək, komanda üzvlərindən də üç gün öncəki oyunun xoş olmayan xatirələrini beyinlərindən silməyi xahiş edib. Qarşıdakı oyunun önəmini vurğulayan Mais Mənsimov nəticənin önəmli olduğunu vurğulamaqla yanaşı, bir daha komandanı əzmkar, döyüşkən, istəkli görmək istədiyini söyləyib: “Bizi rəqiblərimizdən fərqləndirən önəmli bir cəhətimiz var - azarkeşlər. “Xəzər Lənkəran” elə oynamalıdı ki, oyun tamaşaya dönsün. Bizim oyunumuz azarkeşlərimizi sevindirməli, onlara ləzzət verməlidi. Mən əminəm ki, “Xəzər Lənkəran” üçün nəticə qazanmaq çətin deyil - mövsümün sonu buna hamı inanacaq. Odur ki, əsas tələbim baxımlı oyundu. Sabah “Xəzər Lənkəran”ın Azərbaycanın ən güclüsü olduğunu meydanda göstərəcəyinizə şübhə etmirəm”.

Daha çox


Son xəbərlər