Millimizin üzvü: “İki oyuna görə 10 min manat mükafat aldıq”

ÖLKƏ FUTBOLU 23 Oktyabr 2009 / 13:38 2408
-  A +

Azərbaycan milli komandasının üzvlərinin Lixtenşteyn üzərində qələbə və Rusiyayla oyundakı heç-heçəyə görə aldıqları mükafat məlum olub. Hər iki matça görə komanda üzvləri ümumilikdə 10 min manat mükafat alıblar. Bu haqda Qol.Az-ın müxbirilə söhbətində milli komandamızın adının çəkilməsini istəməyən əsas heyətinin üzvlərindən biri məlumat verib: “Lixtenşteynlə oyundakı qələbəyə görə 5 min mükafat aldıq. Eyni məbləğ Rusiyayla heç-heçəyə görə də verildi. Ümimilikdə 10 min manat aldıq. Amma Rusiyaya qalib gəlsəydik, qazancımız ikiqat artıq olacaqdı”.
Bu xəbəri millimizin adının çəkilməsini istəməyən digər üzvü də təsdiqləyib. 

 

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi