«Şəfa» stadionunda növbəti problem: millinin üzvüylə mühafizəçilər arasında mübahisə yarandı

 «Şəfa» stadionunda növbəti problem: millinin üzvüylə mühafizəçilər arasında mübahisə yarandı
ÖLKƏ FUTBOLU 22 Oktyabr 2009 / 17:36 2192
-  A +

Bu gün «İnter» və «Bakı» klubları arasında keçirilən oyunun əvvəlində «Şəfa» stadionunda mühafizəçilər VİP-lojaya daxil olmaq istəyən milli komandamızın müdafiəçisi Saşa Yunisoğluna problem yaradıblar. Qol.Az-ın məlumatına gjörə, mühafizəçilər həm də «Bakı»nın üzvü olan, lakin zədəsi səbəbindən yaşıl meydandan kənarda qalan futbolçunu VİP-lojaya buraxmaq istəməyiblər. Saşa Yunisoğlu millinin futbolçusu olduğunu bildirəndən və «Bakı» rəsmiləri məsələyə müdaxilə edəndən sonra futbolçuya VİP-də yer ayrılıb.

Xatırladaq ki, analoji hadisəylə dünən «Olimpik-Şüvəlan» - «Xəzər-Lənkəran» oyunundan əvvəl «Bakı»nın baş məşqçisi Bülənt Qorxmaz da üzləşmişdi.

Daha çox


Son xəbərlər