Şahin Diniyev “Terek”in əsas komandasının baş məşqçisi təyin olundu

<b style="color:brown" >Şahin Diniyev “Terek”in əsas komandasının baş məşqçisi təyin olundu</b>
ÖLKƏ FUTBOLU 20 Oktyabr 2009 / 16:14 1547
-  A +

Milli komandamızın keçmiş çalışdırıcısı Şahin Diniyev Rusiyanın “Terek” klubunun baş məşqçisi təyin olunub. Qol.Az-ın məlumatına görə, buna qədər Qroznı klubunun əvəzedici heyətini çalışdıran Diniyev bundan sonra mövsümün sonunadək əsas komandaya rəhbərlik edəcək. Həmyerlimiz bu postda Vyaçeslav Qroznını əvəzləyib. Qroznı son turunda “Rostov”a məğlubiyyətdən sonra istefaya göndərilib. Xatırladaq ki, 25 turdan sonra hesabında 33 xal olan “Terek” 16 komanda arasında 9-cu pillədə qərarlaşıb. 

 

Daha çox


Son xəbərlər