Çexiyanın “Dukla” klubunda oynayan həmyerlimiz: “Gələcəkdə Azərbaycan millisində çıxış etmək istəyirəm” (VİDEO)

VİDEO 19 Oktyabr 2009 / 17:18 4378
-  A +

“Azadlıq” radiosu Çexiyanın ikinci liqasında çıxış edən Praqanın «Dukla» komandasının yeniyetmələrdən ibarət komandasında oynayan futbolçumuz Məmməd Məmmədli ilə videoreportaj hazırlayıb. Reportaj ingilis dilində hazırlanıb, daha sonra dilimizə tərcümə olunub. 1997-ci il təvəllüdlü, əslən Laçın rayonundan olan Məmməd Məmmədli klubunda 10 nömrəli formanı geyinir və yarımmüdafiə xəttinin sol kənarında oynayır. Məşqçiləri Məmməd haqqında yüksək fikirdədirlər və bir neçə ilə onun daha da güclü futbolçu olacağına inanırlar. Məşqçilərinin Məmməddə xoşladıqları üstünlüklər oyunçumuzun texnikalı olması və meydanı yaxşı görməsidir. Məmmədin qardaşı Rafael də «Dukla»da çıxış edir. O, 2001-ci il təvəllüdlüdür və indidən bir cox cəhətləri ilə məşqçilərin rəğbətini qazanıb.



Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi