Ramos "Real"ın təklifini rədd etdi

Ramos "Real"ın təklifini rədd etdi
DÜNYA FUTBOLU 22 Yanvar 2015 / 15:29 9567
-  A +

“Real”ın futbolçusu Serxio Ramos Madrid klubunun müqaviləni yeniləmək üçün ona göndərdiyi təklifi rədd edib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 28 yaşlı müdafiəçi 2017-ci ilin iyununda bitəcək müqavilənin müddətini uzatmaq istəməyib.

Bildirilib ki, S.Ramos yeni müqavilənin şərtlərini müzakirə etmək üçün "Real"ın prezidenti Florentino Peresle görüşüb. Ancaq onu təklif edilən maaş az olduğu üçün S.Ramos F.Pereslə razılaşmayıb.

"Real"ın S.Ramosa illik 6 milyon avro təklif etdiyi iddia olunub.

Qeyd edək ki, "Real"ın aparıcı futbolçularından Kriştiano Ronaldo və Qaret Beyl illik 11 milyon, Kərim Benzema 8 milyon, İker Kasilyas  4 milyon avro qazanır.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi