Runi 2014-ün ən yaxşısı oldu

Runi 2014-ün ən yaxşısı oldu
DÜNYA FUTBOLU 9 Yanvar 2015 / 11:38 3575
-  A +

İngiltərə millisinin ötən il üçün ən yaxşı futbolçusunun adı açıqlanıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Mançester Yunayted"in hücumçusu Ueyn Runi 2014-cü ilin ən yaxşısı seçilib. O, İngiltərə Futbol Assosiasiyasının rəsmi saytında keçirilən sorğuda səslərin 27 faizini toplayıb.

Bununla da Runi bu mükafatı üçüncü dəfə qazanan ilk futbolçu olub.

Qeyd edək ki, Runi 2008 və 2009-cü illərdə də İngiltərə millisinin ən yaxşı oyunçusu seçilmişdi.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi