Bülənt Qorxmaz: “Ən qısa zamanda başqa bir “Bakı” görəcəksiniz"

Bülənt Qorxmaz: “Ən qısa zamanda başqa bir “Bakı” görəcəksiniz"
ÖLKƏ FUTBOLU 29 Sentyabr 2009 / 16:40 2289
-  A +

“Zeynal bəyə xoş sözlərə görə təşəkkür edirəm. Mən burada özümü legioner kimi hiss etmirəm. Sizin də məni belə görməyinizi istəyirəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın yeni baş məşqçisi Bülənt Qorxmaz təqdimetmə mərasimində çıxış edərkən deyib.
Ötənlərin məşhur futbolçusu “Bakı”ya pul qazanmaq üçün gəlmədiyini söyləyib: “Bülənt Qorxmaz “Bakı”ya pul-para qazanmaq üçün gəlməyib. Mən də istəyirəm ki, gedəndən sonra Qorxmaz “Bakı” klubuna uğurlar qazandırdı desinlər. Fikrimcə, stadiona insanlar daha çox gəlməlidirlər. Çünki futbol azarkeşlər üçün oynanılır. Mənim üçün futbolçunun xarakteri daha önəmlidir. Xarakteri olan futbolçu isə hər zaman klubunu düşünəndir. Bu cür futboloçularla hər zaman çalışmağa hazıram. Ən qısa zamanda başqa bir “Bakı” görəcəksiniz. Lakin bunun üçün bir qədər zamana ehtiyac duyuruq. Antalyada keçəcəyimiz hazırlıq prosesində oyunçuları daha yaxından tanıyacağam”.
Bülənt Qorxmaz “Bakı”nın hədəflərindən də danışıb: “Bizim məqsədimiz təkcə ölkə daxilində deyil, həm də avrokuboklarda uğur qazanmaqdır. Çünki mən istəyirəm ki, Türkiyədə olduğu kimi Azərbaycanda da insanlar Avropadakı uğura sevinib, küçələrə axışsınlar”.

Daha çox


Son xəbərlər