AFFA klubları yenə cərimələdi

XƏBƏR 29 Sentyabr 2009 / 14:46 1630
-  A +

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasın gündəliyində olan məsələlər dinləndikdən sonra UniBank Premyer Liqasının VI turunun bəzi oyunları ilə bağıl aşağıdakılar qərara alınıb: 

 “İnter” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Karvan” – “Standard” oyununun 90-cı dəqiqəsində “Karvan” klubunun  futbolçusu Markos Ferreira rəqibini əli ilə tutduğuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub isə 200 manat cərimə olunub.

“Neftçi” – “Simurq” oyununda “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Olimpik-Şüvəlan” – “Turan” oyununda “Olimpik-Şüvəlan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“İnter” – “Qəbələ” oyununun 64-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Azər Həşimov hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub isə 1000 manat cərimə olunub.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi