Bülənt Qorxmaz: «Bu cür məsələlər mətbuata çıxmamalıdır»

Bülənt Qorxmaz: «Bu cür məsələlər mətbuata çıxmamalıdır»
ÖLKƏ FUTBOLU 28 Sentyabr 2009 / 17:26 2346
-  A +

Sabah «Bakı» klubu ilə rəsmi müqavilə bağlayacaq türkiyəli Bülənt Qorxmaz hazırda İstanbul şəhərindədir. Bu barədə Qol.Az-a B.Qorxmazın özü məlumat verib. Onun sözlərinə görə, ötən şənbə günü “Qarabağ”la oyundan sonra “Bakı” klubunun prezidenti Hafiz Məmmədovla görüşərək ortaq məxrəcə gəliblər: «Bundan sonra Türkiyədəki işlərimi yoluna qoymaq üçün vətənə qayıtmışam. Artıq sabah günorta saatlarında Bakıda olacağam”. B.Qorxmaz “Bakı” ilə imzalayacağı müqavilə haqda da məlumat verib: “Bakı” klubuyla əməkdaşlığımız uzun müddətli olacaq. “1+1 il” müddətinə razılaşmışıq. Amma sözləşmənin müddətinin daha artıq olması da mümkündür. Türkiyə mətbuatında müqavilənin dəyərinin 400 min dollar olması barədə yayılan xəbərlərə münasibət bildirmək istəmirəm. Çünki hesab edirəm ki, bu cür məsələlər mətbuata çıxmamalıdır. Ona görə də konkret hansısa rəqəm açıqlaya bilmərəm”.
Bülənt Qorxmaz Bakıya tək gəlməyəcəyini də söyləyib: “Sabah Bakıya geri dönəcəyəm. Özümlə birgə komandaya götürəcəyim yardımçım da mənimlə gələcək. Amma indi onun adını açıqlamağım düzgün olmaz. Ona görə də gəlin tələsməyək, sabahı gözləyək. Sabah müqaviləyə imza atacağam və media nümayəndələri də orada iştirak edəcək. Eyni zamanda yardımçımı da orada təqdim edəcəyəm. İndi Antalya səfəri ilə bağlı geniş açıqlama verə bilmərəm. Sabah bütün suallarının məmuniyyətlə cavablandıracağam”.

Daha çox


Son xəbərlər