“Bakı” “Qarabağ” önünə dəyişikliklərlə çıxacaq

ÖLKƏ FUTBOLU 26 Sentyabr 2009 / 12:01 2077
-  A +

Müəyyən səbəblərə görə son turda əsas heyət üzvləri olmalarına baxmayaraq, “Bakı”nın heyətinə düşə bilməyən Felipe Feliks Almeyda, Fernando Peres və Bəxtiyar Soltanovun bu gün Premyer Liqanın altıncı turu çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək oyunda meydana çıxacaqlar. Qol.Az-ın məlumatına görə, Nazim Süleymanov Ağdam klubu ilə görüşdə adıçəkilən futbolçulara ilk dəqiqələrdən şans verəcək.
Əvəzində son turlarda komandanın start heyətində yer alan Ernad Skuliç, Mihay Pank, Daniel Oprita, Marko Şarliyanın ehtiyatda, ilk 3 futbolçunun isə ümumiyyətlə, “18-liy”ə düşməyəcəyi gözlənilir.  

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi