Bülənt Qorxmaz: “Menecerim Tunc Afşarla görüşüb”

Bülənt Qorxmaz: “Menecerim Tunc Afşarla görüşüb”
ÖLKƏ FUTBOLU 24 Sentyabr 2009 / 19:22 2264
-  A +

“Bakı” klubu haqda kifayət qədər məlumatım var. Amma indidən bu klubun baş məşqçisi olub-olmayacağımı dəqiq deyə bilmərəm”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Bakı”ya baş məşqçi təyin olunacağı söylənilən Bülənt Qorxmaz deyib. Ötənlərin məşhur futbolçusu menecerinin “Bakı”nın vitse-prezidenti Tunc Afşarla görüşdüyünü etiraf edib: “Bu işlə menecerim məşğul olur. O mənə bir neçə klubdan, o cümlədən Qətər və Azərbaycandan təklif aldığımı söylədi. Amma bütün suallara sabah aydınlıq gələcək. Hazırda bağımda dincəlirəm. Sabah İstanbula qayıdacağam və menecerimlə görüşəcəm. Yeni klubumun adını da məhz o mənə sabah söyləyəcək. O ki qaldı Tunc Afşara, onu yaxından tanıyıram. Ötən dəfə də Bakıya gələrkən məhz Afşarın istəyiylə orada olmuşdum. Mən bildiyimə görə menecerim Tunc bəylə görüşüb, bu haqda danışıb. Hər şey ola bilər. Amma gəlin tələsməyək, sabahı gözləyək. Yalnız onu deyə bilərəm ki, Tunc Afşar çox dəyərli insandır. O “Bakı” klubu üçün qısa zaman  kəsiyində çox iş görüb”. 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi