Haciyevski bu gün “Bakı”nın baş məşqçisi vəzifəsindən ayrılır (EKSKLÜZİV)

Haciyevski bu gün “Bakı”nın baş məşqçisi vəzifəsindən ayrılır (EKSKLÜZİV)
ÖLKƏ FUTBOLU 24 Sentyabr 2009 / 15:25 2251
-  A +

“Bu gün axşam saatlarında klubumuzun prezidenti Hafiz Məmmədovla görüşəcəyəm. Məhz həmin görüşdən sonra klubdakı gələcək fəaliyyətimə aydınlıq gələcək”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Bakı”nın baş məşqçisi Coko Haciyevski deyib. Makedoniyalı mütəxəssisin sözlərinə belə aydın olub ki, bu gün onun “Bakı”nın baş məşqçisi kimi sonuncu iş günüdür: “İndidən klubdan gedib-getməyəcəyimi dəqiq deyə biləmərəm. Hər şeyə axşam saatlarında aydınlıq gələcək. Prezidentimizin zəngini gözləyirəm. Amma bundan sonra çətin ki, klubda baş məşqçi kimi fəaliyyətimi davam etdirim. Gəlin, tələsməyək. İstənilən halda, axşamı gözləməliyik. Klubdakı fəaliyyətimi başqa vəzifədə də davam etdirməyim mümkündür. Hər şey danışıqlardan asılıdır”. 

Daha çox


Son xəbərlər