Ramal Hüseynov: “Bizimkilərin işi ancaq “torba” tikməkdir”

Ramal Hüseynov: “Bizimkilərin işi ancaq “torba” tikməkdir”
ÖLKƏ FUTBOLU 24 Sentyabr 2009 / 14:57 3239
-  A +

“AFFA-nın mənim haqda çıxardığı qərardan çox narazıyam. Mənə heç nədən iki oyunluq cəza veriblər. Axı mən neyləmişəm? Harda görünüb ki, iki sarı vərəqəyə görə meydandan kənarlaşdırılan futbolçu iki oyunluq cəzalansın?” Qol.Az-ın müxbirilə söhbətində bu sözləri AFFA İntizam Komitəsi tərəfindən “Neftçi”ylə oyunda qırmızı vərəqə aldığına görə iki oyunluq cəzalanan “Standard”ın futbolçusu Ramal Hüseynov deyib. Təcrübəli futbolçu bildirib ki, qərarda qeyd olunandan fərqli olaraq, o heç kimi təhqir etməyib: “Mən heç kimi söyməmişəm. Yalandan üstümə şər atırlar. Bizimkilərin işi ancaq “torba” tikməkdir. Belə şeylərə görə futbolumuz qabağa getmir. Bir daha deyirəm ki, heç kimi təhqir etməmişəm, heç kimi söyməmişəm. Məni heç nədən cəzalandırıblar. Başqaları oyun ərzində 50 dəfə hakimi söyür, amma ona gözün üstə qaşın var deyən yoxdur. Mən isə heç nə etməmiş, iki oyunluq cəzalandım”.

 

Daha çox


Son xəbərlər