Sergey Artyux: “Uğurlu oyunlar seriyasını “Neftçi”ylə oyunda da davam etdirməliyik”

Sergey Artyux: “Uğurlu oyunlar seriyasını “Neftçi”ylə oyunda da davam etdirməliyik”
ÖLKƏ FUTBOLU 22 Sentyabr 2009 / 19:50 2103
-  A +

“Qələbə qolunu kim vurur-vursun, bunun heç bir əhəmiyyəti yoxdur. Yeganə məqsədimiz qalib gəlmək idi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyunda həlledici qola imza atan “Simurq”un hücumçusu Sergey Artyux klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Ukraynalı forvard uğurlu oyunlar seriyasını “Neftçi”ylə görüşdə də davam etdirməli olduqlarının söyləyib: “Bir həftə ərzində ölkə çempionu və ölkə kubokunun qalibini məğlub etmək heç kəsə asan görünməsin. Bu qələbə bizdən xeyli güc aldı. Nəticəyə oynayırdıq və istəyimizə çatdıq. İndi bu seriyanın davamını Bakıda "Neftçi" ilə qarşılaşmada da gətirmək lazımdır”.

Daha çox


Son xəbərlər