"Qarabağ" AFFA-nın qərarına münasibət bildirdi

"Qarabağ" AFFA-nın qərarına münasibət bildirdi
ÖLKƏ FUTBOLU 22 Sentyabr 2009 / 14:07 2174
-  A +

«Qarabağ» AFFA-nın İntizam Komitəsinin «Simurq»la oyundakı olaylara görə Ağdam klubu ilə bağlı bu gün çıxardığı qərarı hörmətlə qarşıladığını bildirib. Klubun direktoru Əmrah Çəlikəl Qol.Az-ın müxbirilə söhbətində deyib ki, komandaya kəsilən bütün cəza yerinə yetiriləcək. Bununla belə, Ə.Çəlikəlin sözlərinə görə, müvafiq qurumlar bu hadisəni törədən səbəbləri də araşdırmalıdır. «Biz özümüz də cəzalanan klub nümayəndəsi və futbolçular barədə ölçü götürəcəyik. Amma bu hadisənin törədən səbəblər də araşdırılmalıdır. Bildiyiniz kimi, bizim oyunun baş hakimi Əfqan Mirzəyevlə bağlı narazılığımız var».
Ə.Çəlikəlin sözlərinə görə, «Qarabağ»ın “Simurq” klubunun rəhbərliyi ilə normal münasibəti var və onlardan narazılığı yoxdur: «Zaqatalada bizi yaxşı qarşıladılar, normal şərait yaratdılar. Narazıçılığımız yalnız və yalnız hakimliklə bağlıdır. Görüşün baş hakimi qarşılaşmanı çox qərəzli idarə etdi. Konkret bir epizod olmadı ki, mən də həmin epizodu şərh edim. Onun bütün qərarları “Qarabağ”ın əleyhinə idi».
Ə.Çəlikəl Ə.Mirzəyevin hakimliyilə bağlı şikayət etməyəcəklərini deyib: «Yarışların təşkilatçısı olan PFL-in stadionda üç kamerası vardı. Yəqin ki, oyunun kasetinə baxılacaq və hakimlə bağlı ədalətli qərar çıxarılacaq».

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi