Almaniya milli komandasının hücumçusu millimizə meydan oxudu

Almaniya milli komandasının hücumçusu millimizə meydan oxudu
ÖLKƏ FUTBOLU 9 Sentyabr 2009 / 11:11 2292
-  A +

“Əminəm ki, Azərbaycan millisiylə oyun Almaniya milli komandası üçün bu dəfə daha uğurlu alınacaq. Hannoverdə Bakıdakından fərqli olaraq daha çox qol vuracağıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri Almaniya mətbuatına verdiyi açıqlamada “bundestim”in sabiq üzvü Mike Hanke deyib. Təcrübəli forvard hətta millimizin darmadağına məruz qalacağını da bildirib: “Qarşılaşmaya artıq xeyli sayda bilet satıldığı barədə məlumatım var. Komandamız azarkeşləri qələbəylə yanaşı, gözəl oyun və bol qolla da sevindirməlidir. Fikrimcə, ötən oyundan fərqli olaraq bu dəfə Azərbaycanı 2 deyil, 4 və ya 5:0 hesabıyla məğlub edəcəyik”. 

Daha çox


Son xəbərlər