Almaniya millimizlə oyuna əsas qapıçısız çıxacaq

Almaniya millimizlə oyuna əsas qapıçısız çıxacaq
XƏBƏR 8 Sentyabr 2009 / 10:50 1536
-  A +

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah milli komandamızla qarşılaşacaq Almaniya millisinin heyətində itki var. Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, “bundestim”in əsas qapıçısı Robert Enke sabahkı görüşdə meydana çıxmayacaq. Buna səbəb təcrübəli qolkiperin qripə yoluxmasıdır. 32 yaşlı qolkiper artıq dünəndən etibarən Almaniya milli komandasının düşərgəsini tərk edib.

 

Daha çox


Son xəbərlər