Fərhad Vəliyev “Tvente”ylə oyunda səhvlərə yol verdiyini etiraf etdi

Fərhad Vəliyev “Tvente”ylə oyunda səhvlərə yol verdiyini etiraf etdi
ÖLKƏ FUTBOLU 25 Avqust 2009 / 16:18 2440
-  A +

“Birinci hissədə çox yaxşı oynadıq. Demək olar ki, heç bir komponentdə rəqibdən geri qalmırdıq”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev Avroliqanın play-off mərhələsinin ilk oyunları çərçivəsində “Tvente”yə qarşı keçirilən oyun haqda danışarkən deyib. Təcrübəli qolkiper bildirib ki, fasilədən sonra zəif oynayıblar: “Vallah, bunun konkret səbəbini deyə bilmərəm. Ola bilər ki, komandada bir qədər yorğunluq yaranmışdı. Həm də rəqib təzyiqi artırmışdı. Bəlkə də zəif çıxışımızı psixoloji amillə də əlaqələndirmək olar. Çünki mən özün həm klubla, həm də milliylə bugünədək çox oyuna çıxmışam. Amma heç vaxt bu cür möhtəşəm azarkeş dəstəyi görməmişdim”.
Fərhad Vəliyev həmçinin buraxılan qollarda səhvinin olduğunu etiraf edib: “Mən də komandamın uğurlu çıxışı üçün əlimdən gələni etdim. Səhv deyəndə, hamının səhvi olur da. Düzdür, tutulası toplar idi. Həmin topları buraxmamaq da olardı. Amma indi nə etmək olar? Futboldur da, hər bir şey ola bilər”.
Sonda isə qolkiper cavab oyunu haqda da danışıb: “Sonadək mübarizə aparacağıq. Çalışacağıq ki, ilk oyunda buraxdığımız səhvləri təkrarlamayaq.  İnanıram ki, qapımızda qol görmədən iki top vurub, qrup mərhələsinə adlayacağıq”.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi