Bayrama sevinc qatmaq fürsəti

Bayrama sevinc qatmaq fürsəti
ETOPAZ 21 Mart 2014 / 13:44 2639
-  A +

Azərbaycanın yeganə virtual mərc oyunları dileri olan www.etopaz.az xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, firavanlıq və bol ruzi arzulayır. Proqnoz həvəskarlarına isə həm də bol şanslar diləyir. Bayrama www.etopaz.az -ın sayəsində bir qədər də sevinc qata bilərsiniz.

www.etopaz.az üzvlərinin baharın ilk günündə (ötən gün saat 20:57-də bahar ölkəmizə qədəm qoyub) öz şanslarını yoxlamaq üçün seçim imkanı genişdir. www.etopaz.az bu gün mərc həvəskarlarına 50-dən artıq oyun təklif edir. Onların sırasında 4 "təkli oyun" da var. Həmin görüşlər haqda qısaca deyəcəklərimiz.

22:00. "TRABZONSPOR" - "KASIMPAŞA"

Günün ilk "təkli oyun"u Türkiyə superliqasının qarşılaşmasıdır. 2 ay əvvəl "Fənərbaxça" ilə qarşılaşmada baş verən qalmaqal üzündən 6 matç boş tribunalar önündə oynama cəzası alan "Trabzonspor" artıq bu turdan etibarən azarkeşlərinə qovuşacaq. "Qara dəniz fırtınası" 2 aylıq fasilədən sonra yenidən "Avni Aker"də fanatları qarşısında oynayacaq. Ötən tur səfərdə "Sivasspor"a 4 cavabsız qolla qalib gələn trabzonlular ilk "dördlük"dəki yerini qorumaq istəyindədir. Əgər komanda bu axşam da qalib gələrsə, 3 aylıq fasilədən sonra ilk dəfə ardıcıl 2 tur qələbə qazanacaq. "Kasımpaşa"nın son aylarda böhranda olması bu axşam "Trabzonspor"un işinə yaraya bilər. "Kasımpaşa" son 10 matçdan yalnız birində qalib gəlib. Bu komanda Trabzonda keçirdiyi son 6 qarşılaşmanın hamısında məğlub olub. "Trabzonspor"da Paolo Enrikenin zədəli olması azarkeşləri üzsə də, baş məşqçi Hami Mandralı "Kasımpaşa" qarşısında yalnız qələbəyə oynayacaqlarına söz verib. www.etopaz.az-da matça bu əmsallarla mərc edə bilərsiniz: "Trabzonspor"un qələbəsi 1.85, heç-heçə 3.3, "Kasımpaşa"nın qələbəsi 3.2.

23:30. "FRAYBURQ" - "VERDER"

Bu oyunla bağlı deyiləcək çox söz var: "Verder" bundesliqada son 5 qarşılaşmada uduzmayıb, "Frayburq"un meydanında keçirdiyi son 5 görüşün 4-də isə qalib gəlib. Ümumiyyətlə, bu komandalar arasında baş tutan son 10 duelin yalnız birində "Frayburq" qələbə qazanıb. İndi komanda bu uğursuz ənənəyə son qoymalıdır. Əks halda hazırda 16-cı sırada qərarlaşan "Frayburq"un vəziyyəti daha da ağırlaşa bilər. www.etopaz.az -ın təklif etdiyi əmsallar: "Frayburq"un qələbəsi 2.0, heç-heçə 3.3, "Verder"in qələbəsi 2.9.

00::00. "SELTA" - "MALAQA"

Hazırda "Selta" La Liqada 11-ci, "Malaqa" 14-cü yerdədir. Medallaara iddiasını itirən bu komandalar orta sıralarda var-gəl edir. Amma "Malaqa"nı "düşmə zonası"ndan cəmi 3 xal ayırdığını nəzərə alsaq, bu komandanın xala daha çox ehtiyacı olduğunu demək olar. 2005-ci ildən bu yana səfərdə "Selta"ya uduzmayan malaqalılar seriyanı bu axşam da davam etdirsə, turnir vəziyyətini nisbətən düzəldə bilər. Əmsallar: "Selta"nın qələbəsi 1.9, heç-heçə 3.2, "Malaqa"nın qələbəsi 3.2.

00:00. "RİO AVE" - "BRAQA"

"Braqa"ya son 6 ildə "Rio Ave"ni səfərdə məğlub etmək nəsib olmayıb. İndi braqalılar son 3 turda uduzmayan "Rio Ave" qarşısında "tilsimi" sındırmalıdır. Əks halda avrozonan (1-5-ci yerlər) bir qədər də uzaq düşəcək. Hazırda 6-cı pillədə qərarlaşan "Braqa"nı 5-ci yerdəki "Nasional"dan 3 xal ayırır. www.etopaz.az bu "təkli oyun" üçün müəyyənləşdirdiyi əmsallar: "Rio Ave"nin qələbəsi 2.7, heç-heçə 3.1, "Braqa"nın qələbəsi 2.2.

Təklif bizdən, dəyərləndirmək sizdən. Xatırladaq ki, martın 31-dək www.etopaz.az -da kampaniya var. Tutmayan kuponlarda mərc edilən məbləğin 4%-i bonuş şəklində www.etopaz.az -dakı hesabınıza qaytarılacaq. Kampaniya canlı mərc aid deyil. Nəzərə alsaq ki, bugünkü proqramda canlı mərc ediləsi oyun yoxdur, deməli, bu gün www.etopaz.az-da daha cəsarətlə mərc edə bilərsiniz. Risk edin və qazanın!!!

Etopaz.az


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi