"Valyadolid" üçün 6 xallıq oyun

"Valyadolid" üçün 6 xallıq oyun
ETOPAZ 21 Fevral 2014 / 17:26 2979
-  A +

Ənənəvi olaraq hər cümə olduğu kimi bi gün gün də Avropanın əksər çempionatlarında növbəti tura start veriləcək. Turun ilk qarşılaşmalarından ikisi www.etopaz.az saytının proqramına "tək oyun" statusuyla daxil edilib.

Onlardan ilk olaraq saat 23:30-da Almaniya bundesliqasının "Şalke"-"Maynts" görüşü başlayacaq. Son 4 turun hamısında qalib gələn "Şalke"ni 2-ci pillədəki "Bayer Leverkuzen"dən cəmi 3 xal ayırır. 7-ci yerdə gedən "Maynts" da avrokuboklara vəsiqə üçün mübarizə aparır.

Komandaların öz aralarındakı duellərdə "Şalke"nin nəzərəcarpacaq üstünlüyü var. Helzenkirxen klubu "Maynts"la keçirdiyi son 10 qarşılaşmanın yalnız ikisində uduzub. 3 görüşdə isə qalib müəyyənləşməyib. www.etopaz.az saytının bu "təkli oyun" üçün müəyynələşdirdiyi əmsallar belədir: "Şalke"nin qələbəsi 1.5, heç-heçə 3.7, "Maynts"ın qələbəsi 4.6.

Gecənin digər "təkli oyun"u gecə saat 12-də başlanacaq İspaniya La Liqasının "Valyadolid"-"Levante" matçıdır. Hazırda 18-ci pillədə qərarlaşan "Valyadolid"in durumu ağırdır. Ötən hər tur komandanı aşağı liqaya yaxınlaşdırır. Bu səbəbdən "Valyadolid" üçün son qarşılaşmaların hamısı "6 xallıq oyun" hesab olunur. Bu axşam qazanılacaq qələbə "Valyadolid"ə hava-su kimi lazımdır. 10-cu yerdə mövqe tutan "Levante" isə meydana daha rahat çıxacaq. "Levante"yə qarşı öz meydanında keçirdiyi son oyunlarda qalib gələn "Valyadolid"in ənənəyə sadiq qalıb-qalmayacağı da maraq doğurur. Meydan sahibləri üçün həyati əhəmiyyətli matça www.etopaz.az saytında bu əmsallarla mərc edə bilərsiniz: "Valyadolid"in qələbəsi 1.9, heç-heçə 3.2, "Levante"nin qələbəsi 3.2.

Seçim sizindir. Oynayın və qazanın!!!


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi