“Qarabağ” püşkün nəticəsinə əsasən Avroliqanın dördüncü mərhələsində Hollandiyanın “Tvente” klubu ilə qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, Enshede şəhərini təmsil edən “Tvente”nin əsası 1965-ci ilin 1 iyulunda qoyulub. Məhz həmin gündə iki komanda - “SK Enshede” və “Enshedes Boys”un birləşməsindən sonra “Tvente” klubu fəaliyyət göstərməyə başladı. Maraqlıdır ki, “Tvente” bu günədək Hollandiya çempionu ola bilməsə də, onun sələfi “SK Enshede” 1926-cı ildə qızıl medallara yiyələnib.
“Tvente” ev oyunlarının 24 min tamaşaçı tutumuna malik “Qrols Veste” stadionunda keçirir. Komandanın baş məşqçisi İngiltərə millisinin keçmiş çalışdırıcısı Stiv Maklaren, prezidenti isə Yop Münstermandır.
“Tvente” adıyla çıxış etməyə başladıqdan sonra komanda dərhal uğur qazanmağa başladı. Kes Reyversin dövründə ardıcıl beş il ərzində “Tvente” ölkə çempinatında 3 dəfə bürünc medallara yiyələndi, bir dəfə dördüncü, bir dəfə isə beşinci oldu. Həmin dövrdə “Tvente”nin heyətində Epi Drots, Eddi Ahterberq, Kik van der Drost və Teo Pahlplats kimi o dövrdə kifayət qədər məşhur olan futbolçular çıxış edirdi.
1973/1974 mövsümündə “Tvente” “Feyenord”la birgə sonadək qızıl medallar uğrunda mübarizə aparsa da, sonda çempionluq rotterdamlılara qismət oldu. Nəticədə ikinci yeri tutaraq, UEFA kubokuna yollanan “Tvente” burada finaladək irəliləməyi bacardı. Lakin həlledici mərhələdə “Borusiya” (Münhenqladbax) Enshede klubunu iki oyunun nəticəsinə görə 5:1 hesabıyla darmadağın etdi.
1977-ci ildə “Tvente” tarixi ərzində ilk titulunu - ölkə kubokunu qazandı. Lakin bundan sonra “uğursuzluq zolağı”na düşən “Tvente” hətta 1982-ci ildə yüksək liqayla da vidalaşdı. Çox keçmədən yenidən güclülərin sırasına qayıdan “Tvente” daha çox müdafiəyəmeylli oyunuyla diqqət çəkdi. Mövsüm ərzində komandanın oyunlarının əksəri ya 1:1, ya da 0:0 hesabıyla başa çatdı. Buna görə də “Tvente”ni “cansıxıcı komanda” adlandırmağa başladılar. Lakin bu oyun üslubu komandaya uğur gətirdi və Enshed təmsilçisi ardıcıl beş mövsüm avrokuboklarda çıxış etdi.
1996-cı ildə baş məşqçi postuna alman Hans Mayerv gətirildi. Onun rəhbərliyi altında komanda ölkə çempionatının bürünc medallarını qazandı.
2001-ci ilin 24 mayında isə “Tvente” ölkə kubokuna yiyələnməklə 24 illik kubok həsrətinə son qoydu.
2002-ci ildə “Tvente” dağıla bilərdi. Çünki komandanın əsas rəhbəri olan şirkət müflis olduğunu bəyan etdi. Lakin sonradan vəziyyət düzəldi və 3 mövsüm sonra gözəl çıxışıyla yadda qalan Enshede təmsilçisi dördüncü yeri tutdu. 2008/09 mövsümündə isə yekuna əsasən “Tvente” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində yarışmaq hüququ qazandı. Lakin burada “Arsenal” “Qarabağ”ın rəqibınə dərs keçdi - 2:0 və 4:0. Ümumilikdə komanda avrokuboklarda keçirdiyi 84 oyunun 33-də qalib gəlib, 17 dəfə heç-heçə oynayıb, 34 görüşdə isə uduzub. 125 qol vurub, öz qapısında isə 112-i buraxıb.
“Tvente”nin titulları: ölkə çempionu (1926), ölkə kubokunun ikiqat qalibi (1977, 2001), UEFA İntertoto kubokunun qalibi (2006)
“Tvente”nin heyəti:
1. Vander Bosker (1970, qapıçı)
3. Nikki Keyper (1982, müdafiəçi)
4. Peter Visqerhoff (1979, müdafiəçi)
5. Slobadan Raykoviç (1989, müdafiəçi, Serbiya)
6. Vaut Brama (1986, yarımmüdafiəçi)
7. Romano Dennebom (1981, hücumçu)
8. Ron Stamp (1984, müdafiəçi)
9. Blez Nkufo (1975, hücumçu, kapitan, İsveçrə)
10. Kennet Peres (1974. hücumçu, vitse-kapitan, Danimarka)
11. Nikita Rukavitsa (1987, hücumçu. Avstraliya)
12. Erun Hebax (1974, müdafiəçi)
13. Nikolay Mixaylov (1988, qapıçı, Bolqarıstan)
14. Bernard Parker (1986, yarımmüdafiəçi, CAR)
15. Miroslav Stoç (1989, hücumçu, Serbiya)
16. Ses Paue (1977, qapıçı)
17. Yussuf Hersi (1982, hücumçu)
18. Heyk Tiote (1986, hücumçu, İrlandiya)
19. Duqlas (1988, müdafiəçi. Braziliya
20 Lyuyuk de Yonq (1990, hücumçu)
22 Brayan Ruis (1984, hücumçu, Kosta-Rika)
23. Naşat Akram (1984, yarımmüdafiəçi, Misir)
24. Teo Yansen (1981, hücumçu)
25. Andrey Rendla (1990, hücumçu, Slovakiya)
26. Born Vidarson (1988, yarımmüdafiəçi, İsveç)
27. Dario Vuiçeviç (1990. yarımmüdafiəçi, Xorvatiya)
29. Rensforq Osei (1990, hücumçu. Seneqal)
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu