“Bakı” Sofiyaya “Barselona” kimi gəlib”

 “Bakı” Sofiyaya “Barselona” kimi gəlib”
ÖLKƏ FUTBOLU 4 Avqust 2009 / 17:13 2685
-  A +

Sabah Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Sofiyada “Levski”ylə qarşılaşacaq “Bakı”ya Bolqarıstan mətbuatı böyük maraq göstərir. Qol.Az-ın Sofiyada olan müxbirinin məlumatına görə, “24 casa” qəzeti bugünkü sayında “Bakı”ya aid 1 səhifəlik geniş məqalə hazırlayıb. “Bakı” Sofiyaya “Barselona” kimi gəlib” başlıqlı yazıda komandamızın Bolqarıstan paytaxtına geniş heyətlə gəlməsi, həmçinin heyətdə 25 jurnalistin yer alması xüsusi vurğulanıb: “Komandanın baş məşqçisi Coko Haciyevskiyə həddindən artıq böyük inam var. Hər kəs ondan sürpriz gözləyir. Sofiyaya oyunu işıqlandırmaq üçün gələn azərbaycanlı media nümayəndələri isə “Bakı”nın hər addımını yaxından izləyir. Azarkeşlərin də “Levski”nin rəqibinə böyük maraqları var. Buna görə də “Bakı” üçün 7 nəfərin yer aldığı xüsusi mühafizə dəstəsi də ayrılıb”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi