Ramin Musayev: “Başqa telekanallar bizdən inciməsin”

ÖLKƏ FUTBOLU 3 Avqust 2009 / 16:37 2322
-  A +

«Bu dəfəki çempionat daha gərgin olacaq. Oyunların Az.TV-də canlı yayımlanması aramızda olan isti münasibətlərdən qaynaqlanmır”. Qol.Az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. O bildirib ki, bu telekanalın imkanları daha böyükdür: “Regionlarda keçiriləcək oyunlar da canlı yayımlanacaq. Xaricdə yaşayan həmvətənlərimiz də matçları izləyə biləcəklər. Başqa telekanallar bizdən inciməsin. Heç bir qarşıdurma olmayacaq. İndi AFFA-da fərqli rəhbərlik var. Biz işə peşəkar yanaşırıq. Telekanallar özlərində verdikləri reklama görə xeyli pul alırlar. Oyunları işıqlandırmaq üçün də vəsait tələb olunur. Ayın 14-nə bir müddət var və digər kanallarla bağlı şərtlər haqqında açıqlama veriləcək”.
 

Daha çox


Son xəbərlər