ŞOK: Bolqarlar “Bakı”nın təyyarəsini Sofiyaya buraxmaq istəmirlər

ÖLKƏ FUTBOLU 1 Avqust 2009 / 17:00 2809
-  A +

Avqustun 5-də Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Bakı”nı qəbul edəcək “Levski” çempionumuza psixoloji təsir göstərmək istəyir. Qol.Az-ın məlumatına görə, qarşı tərəf çempionumuzu Bolqarıstan paytaxtına aparacaq təyyarəni Sofiyaya buraxmaq istəmir. Xatırladaq ki, “Bakı” səfərə avqustun 3-də birbaşa çarter reysiylə yollanacaq. Boqlarlar isə öz səhvləri ucbatından Heydər Əliyev adına Beynəlxalq Hava limanında yubanmalarının əvəzini bu cür çıxmaq fikrinə düşüblər. Lakin çətin ki, onların bu istəyinə UEFA-a razılıq versin. Çünki “Bakı” rəsmiləri qarşı tərəf iddasından əl çəkməyəcəyi halda, beynəlxalq qitə futbol qurumuna şikayət edəcəklər.
“Levski”nin bu istəyi reallıqdan uzaqdır. Çünki heç bir səbəb olmadan komandamızın təyyarəsini Sofiyaya buraxmamaq özbaşnalıqdan bir şey deyil. Görünür, ilk oyunda “Bakı”nı asanlıqla yenəcəklərini düşünən bolqarlar çempionumuzun gücünə bələd olduqdan sonra qorxuya düşüblər. Ona görə də “Levski” “Bakı”ya psixoloji cəhətdən təsir etmək fikrinə düşüb. 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi