"Honka" üzərində qələbəyə köklənən "Qarabağ"dan ən son xəbərlər

ÖLKƏ FUTBOLU 30 İyul 2009 / 14:24 2669
-  A +

Bu gün Bakı vaxtıyla saat 20:30-da Ağdamın “Qarabağ” komandası Helsinkinin “Finnair” stadionunda Finlandiyanın "Honka" klubuyla üz-üzə gələcək. Artıq komandamız hədəfi müəyyənləşdirib - cütün taleyini elə Finlandiyada həll etmək. Qol.Az-ın məlumatına görə, "Qarabağ"ın düşərgəsində hər şey yüksək səviyyədədir. Klubun türkiyəli yeni məşqçisi Fatih Kavlakin məlumatına görə, “Qarabağ” həm taktiki, həm fiziki, həm də psixoloji olaraq oyuna tam hazırdır. Bundan başqa bu dəqiqələrdə “Qarabağ”ın düsərgəsindən daha bir sevindirici xəbər gəlib. Rəşad Saıqov bugunku oyunda meydana çıxa bilər. Onun ayağındakı zədənin bir qədər düzəldiyi deyilir. Bununla belə, müdafiəçinin meydana çıxıb-çıxmayacağı tam olaraq oyunun başlamasına az qalmış bilinəcək.
Qol.Az-ın əldə etdiyi başqa bir məlumata görə baş məşqçi Qurban Qurbanov artıq “Qarabağ”ın start heyətini müəyyənləşdirib. İrəliləyən dəqiqəqələrdə  komandamızın start heyətini oxuculara təqdim edəcəyik.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi