"Qarabağ" "Honka"nı səfərdə diz çökdürdü

ÖLKƏ FUTBOLU 30 İyul 2009 / 22:20 6579
-  A +

Bu gün  “Qarabağ” Avroliqanın üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Helsinkidə Finlandiyanın “Honka” klubu ilə qarşılaşdı. Qol.Az saytı “Honka” - “Qarabağ” oyunundan canlı-mətn reportaj yayımladı.

“Honka” (Finlandiya) - “Qarabağ” (Azərbaycan) - 0:1 
Helsinki. “Finnair” stadionu
Baş hakim: Albert Tussen
Baş hakimin köməkçiləri: Fransua Manjan və Antonio De Karolis
Dördüncü hakim: Sven Bindels
(Hakimlər briqadası Lüksemburqdandır)
Hakim-inspektor: Luçiano Luçi (İtaliya)
UEFA nümayəndəsi: Qabriel Vayss (Slovakiya)

“Honka”: 12.Yanne Henriksson, 2.Sampo Koskinen, 6.Hermani Vuorinen, 10.Yami Pustinen, 11.Hannu Harala, 13.Ville Koskimaa, 14.Yussi Vasara, 17.Demba Sevec, 19.Rami Hakanpa, 21.Coel Perovuo, 26.Yakko Lepola
"Qarabağ": 1.Fərhad Vəliyev, 2.Elnur Allahverdiyev, 5.Maksim Medvedyev, 6.Rəşad Sadıqov, 8.Aslan Kərimov, 9.Elvin Məmmədov, 10.Emin İmaməliyev, 14.Rəşad Sadiqov, 17.Vüqar Nadirov, 20.Vaqif Cavadov, 24.Admir Teli

 

Oyun başa çatdı. "Qarabağ" səfərdə "Honka"ya qalib gələrək, daha bir tarix yazdı.

90. Hakim matçın sonuna 3 dəqiqə artırdı. Komandamızı qələbədən 3 dəqiqə ayırır.

89. Əfranın zərbəsi qeyri-dəqiq alındı.

88. "Qarabağ" hücumlarını davam etdirir.

85. Komandamızın heyətində sonuncu oyunçu dəyişikliyi. Emin İmaməliyevi Əfran İsmayılov əvəzlədi.

80. "Qarabağ" ardıcıl iki künc zərbəsi yerinə yetirdi. Lakin rəqib futbolçular topu cərimə meydançasından uzaqlaşdıra bildilər.

78. "Honka"nın da heyətində dəyişiklik. Simpanen Pustineni əvəzlədi.

77. "Qarabağ"ın heyətində daha bir əvəzetmə. Aslan Kərimovu Namiq Yusifov əvəzlədi. Aslan kapitan sarğısını Fərhadə verdi.

76. Gözəl kombinasiyanı Vüqar zərbəylə tamamlasa da, "Honka"nın qapıçısı bu dəfə komandasını qoldan xilas etdi.

75. Rəşad Sadiqovun zərbəsi qapıdan aralı keçdi.

73. Komandamız qoldan sonra da hücumlarını davam etdirir.

70. QOLLLLLLLLLLLLLLLLLL. Elvin Məmmədov "Qarabağ"ı hesabda önə keçirdi.

67. "Qarabağ"ın heyətində ilk əvəzetmə. Maksim Medvedyevi Zaur Həşimov əvəzlədi.

66. "Qarabağ" oyunda ən real qol epizodunu boşa verdi. Elvin Vüqarı qapıçıyla təkbətək çıxarsa da, ikincinin zərbəsi qeyri-dəqiq alındı.

65. Eminin başla zərbəsindən sonra top qapının üstündən keçdi.

64. Oyunda ilk əvəzetmə. Koskineni Aalto əvəzələdi.

60. "Qarabağ"ın hesabə açmaq üçün gözəl imkanı var idi. Lakin Vüqar Koskinenin "hədiyyə"sindən yararlana bilmədi.

57. Aslanın o qədər də qüvvətli olmayan zərbəsini Henriksson tuta bildi.

54. "Qarabağ"ın hücumu təhlükəli alına bilərdi. Əgər Elvin topa çatsaydı. Lakin rəqib qapıçı daha cəld tərpəndi.

50. Vüqarın zərbəsi təhlükəli alınmadı.

47.  Az qala "Honka" hesabı açacaqdı. Kuryoz vəziyyət yarandı. Fərhad topu irəli vurarkən, top "Honka"nın oyunçusuna dəyərək, qapımıza istiqamətləndi. Lakin Fərhad son anda səhvini sığortaladı.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

45. Birinci hissənin son anlarında "Honka" komandamızı qapısına doğru sıxıb. Lakin müdafiəçilərimiz səhvsiz oynayırlar.

44. "Honka" cərimə zərbəsindən sonra "ev tapşırığı" yerinə yetirmək istədi. Lakin Lepolanın ötürməsi dəqiq olmadı.

40. Rəşad Sadıqov son anda Sevecin qarşısını aldı.

37. Meydan sahibləri az qala hesabı açacaqdılar. Demba Sevecin ötürməsindən sonra Yarni Pustinenin yaxın məsafədən qapıya vurduğu zərbə azca aralı keçdi.

35. "Qarabağ" oyunda ilk təhlükəli hücumunu qurdu. Maksimin çox təhlükəli zərbəsi qapının azca üstündən keçdi.

31. "Honka" təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirsə də, top Fərhadda qaldı.

30. Komandamız ilk yarım saatın tamamında ilk künc zərbəsini yerinə yetirsə də, Henriksson topu uzaqlaşdıra bildi.

29. "Qarabağ" gözəl əks hücum qursa da, Vaqifin ötürməsi dəqiq olmadı.

28. "Honka" künc zərbəsi yerinə yetirsə də, Rəşad Sadıqov təhlükənin böyüməsinə imkan vermədi.

25. "Qarabağ" əks hücum qura bilərdi. Lakin Vaqif bir qədər ləngidi.

19. Sevecin zərbəsi təhlükəli alınsa da, müdafiəçilərimiz son anda rəqibin qarşısını ala bildilər.

17. "Honka"nın yerinə yetirdiyi cərimə zərbəsi çox təhlükəli alınsa da, Fərhad Vəliyev gözəl oyunu ilə komandamızı qoldan xilas etdi.

9. Eminin səhvindən sonra "Honka" təhlükəli hücum qura bilərdi. Lakin Rəşad son anda hücumun qarşısını ala bildi.  

8. Vüqar cərimə meydançasına daxil oldu. Lakin Vaqifə dəqiq ötürmə verə bilmədi.  

5. Komandamızın hücumu təhlükəli alına bilərdi. Lakin müdafiəçilər Vüqarın qarşısını ala bildilər.

Matçın gedişini maksimum 4 min azarkeş izləyir. Onların arasında 35-ə yaxın həmyerlimiz də var.

3. "Honka"nın hücumu təhlükəli alına bilərdi. Lakin Maksim təhlükəni sovuşdurdu.

1. Oyuna komandamız fəal başladı. Vaqif Cavadovun cərimə zərbəsindən vurduğun top təhlükəli alındı.

Oyun başladı. UĞURLAR "QARABAĞ"!


 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi