“Bu idi sizin azarkeşləriniz?”

“Bu idi sizin azarkeşləriniz?”
ÖLKƏ FUTBOLU 29 İyul 2009 / 21:30 2657
-  A +

“Bu idi sizin azarkeşləriniz? Oyundan qabaq məndə elə təsəvvür yaranmışdı ki, sanki bizi burda “cəhənnəm” gözləyir. Amma tam səmimi deyirəm, sizin azarkeşləriniz deyildiyi qədər güclü təsir bağışlamadılar”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri dünən Çempionlar Liqasının üçüncü mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı”yla qarşılaşan “Levski”nin qapıçısı Georgi Petkov azarkeşlərimiz haqda danışarkən deyib. “Levski”nin “əlcək sahibi” iddia edib ki, Sofiya klubunun fanatları daha aqressiv və fəaldırlar: “Düzdür, stadionda anşlaq idi. Amma azarkeşlər komandanı elə də yaxşı dəstəkləmədilər. Sofiyada bizim azarkeşlərimizin komandaya necə dəstək verəcəyini görəcəksiniz. Onlar komandanın oyununa çox böyük təsir göstərirlər. Bizim azarkeşlər həm aqressivliyi, həm də faəllığı ilə sizinkilərdən qat-qat artıqdırlar”. 

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi