Qurban Qurbanov: "Bizi qolsuz heç-heçə də qane edir"

Qurban Qurbanov: "Bizi qolsuz heç-heçə də qane edir"
ÖLKƏ FUTBOLU 29 İyul 2009 / 13:17 2440
-  A +

"Honka"nın oyunlarını ciddi təhlil etmişik, komandanın bir neçə oyununa baxmışam". Bu sözləri Qol.Az-a açıqlamasında sabah Finlandiya "Honka"sıyla qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov söyləyib. Onun sözlərinə görə, hündürboy oyunçulara malik olan rəqib standard vəziyyətlərdə cox təhlükəli olur.

Qurban Qurbanov bildirib ki, sabahkı oyunda başlıca məqsəd sərfəli nəticə qazanmaqdır: "Qolsuz heç-heçə də bizi qanə edir".

Baş məşqçi Rəşad Sadıqovun "Honka"ya qarşı oynayıb-oynamayacağının "Qarabağ"ın bu gün axşam keçirəcəyi məşqdən sonra bilinəcəyini deyib.

 

Daha çox


Son xəbərlər