"Rusenborq"un tarixinə düşmüş azərbaycanlı – Azər Qaradaş (FOTOSESSİYA)

XƏBƏR 15 İyul 2009 / 13:44 3461
-  A +

"Rusenborq" tarixinə adını qızıl hərflərlə yazdırmış, damarlarında azərbaycanlı qanı axan futbolçu da var. Qol.Az-ın məlumatına görə, peşəkar karyerasını 1999-da Bergen "Brann"ında başlayan Azər Qaradaş klubunda keçirdiyi lk oyunlardan birində "Rusenborq"u yenmək ləzzətini dadıb. Həmin mövsüm "Brann" çempionatda keçirdiyi hər iki matçda rəqibi məğlub edib – səfərdə 3:2, evdə 2:1. Karyerasını mudafiəçi kimi başlayan Qaradaşın performansı o zaman Norveç futbolunun lideri olan Tronheym klubunun xoşuna gəlib və 2002-dən başlayaraq 3 il "Rusenborq"un şərəfini qoruyan Azər klubun simvollarından birinə çevrilib. Kluba çempionluqlar, bir çox başqa uğurlar və kuboklar qazandıran Azər "Rusenborq"qdakı ilk ilində ÇL-də Əmrə Bələzoğlulu Milan "İnter"inə Tronheymdə 2 qol ataraq norveçliləri ev məğlubiyyətindən xilas etdiyi matç hələ də hafizələrdədi.

 

Ümumilikdə, Tronheym klubunun heyətinde 90 rəsmi oyun keçirən və 26 qol atan futbolçu 2004-cü ildə "Benfika"ya transfer olundu. Daha sonra "Portsmut" və "Kayezerslautern"də oynayan futbolçu hazırda karyerasını başladığı Bergen klubunun şərəfini qoruyur. Həm mərkəz müdafiəçisi həm də mərkəz hücumçusu kimi eyni dərəcədə uğurlu oynamaq kimi qeyri-adi bacarığa malik futbolçu Avropa kuboklarında altısı "Rusenborq"un heyətində olmaqla toplam 12 qol vurub. Ümumilikdə isə 10 illik peşəkar klub karyerası ərzində 66 qol vurub ki, bunlardan sonuncusu iyulun 6-sı Tippeliqa mücadiləsində "Fredrikstad"ın payına düşüb. Matçın 53-cü dəqiqəsində meydana girərərək 13 dəqiqə sonra hesabı bərabərləşdirən universal oyunçu komandasının 0:1 məğlub olduğu matçda dönüş yaradıb. Sonra daha bir qol vuran Bergen təmsilçisi 2:1 hesabıyla qalıb gəlib. Qeyd edək ki, "Fredrikstad"da Ermənistan millisinin üzvü Levon Pacadjyan da çıxış edir. Bu ilin yanvarında Norveçə transfer olunan Pacadjyan indiyəcən "Brann"la oynadıqları hər iki matçda Azərin ustalığını canlı görmək şərəfinə nail olub. Azər mayın 21-i səfərdə oynadıqları qarşılaşmada da sonradan oyuna girərək komandasının qələbəsində mühüm rol oynayıb. Bu dəfə o 43-cü dəqiqədə meydana çıxıb və cəmi 3 dəqiqə sonra qol vurub. Həmin matçı "Brann" 4:2 qazanıb. Qeyd edim ki, Pacadjyan Norveçdə MDB məkanını təmsil edən yeganə futbolçudu. Ondan başqa Tippeliqada keçmiş ittifaq ölkələrindən yalnız Estoniyanın nümayəndəsi var. Düzdü, Ermənistandan fərqli Estoniya Tppeliqada 5 futbolçuyla təmsil olunur ki, bu da kiçik Pribaltika ölkəsi üçün çox yaxşı göstəricidi.

 

Azər Qaradaşın klubu "Brann" bu mövsüm hələ "Rusenborq"a məğlub olmayıb. Yanvarın 11-i evdə keçirdikləri matç qolsuz bərabərliklə bitib. Aprelin 5-i Tronheymdə oynadıqları matçda isə məğlub durumda olsalar da 86-cı dəqiqədə vurduqları qolla 1:1 lik bərabərliyə imza atıblar. Əsas heyətdə meydana çıxan Azər 87-ci dəqiqədə qol vurulduqdan sonra əvəz olunub. 
 

Qeyd edək ki, kapitanı olduğu Norveç U21-nin heyətində keçirdiyi 33 oyunda 13 dəfə fərqlənən Qaradaş, əsas millidə də 10 oyunda forma geyib və 1 qol atıb.


Daha bir maraqlı faktı nəzərinizə çatdıraq ki, Azər Qaradaşın
transfermarkt.de saytındakı qiyməti 500 min avrodu. Azer Qaradaşın azəri qardaşları – Fərhad Vəliyevin qiyməti 800 min, Rəşad Sadıqovun 900 min,  "Qarabağ"ın alban müdafiəçisi Admir Telinin qiyməti isə 1 milyon avrodu.










Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi