Azərbaycanlı klub prezidenti özbəkistanlı milyonçudan pul alacaq

XƏBƏR 9 Dekabr 2008 / 12:10 3398
-  A +

Azərbaycanlı iş adamı Nazim Əfəndiyevin rəhbərlik etdiyi «Nosta» klubu yeni mövsümə Kislavodskda hazırlaşacaq. Daha sonra bir vaxtlar həmyerlimiz Emin Ağayevin də formasını geydiyi komanda Türkiyədə təlim-məşq toplanışı keçəcək.
Qol.Az-ın «Sport-Ekspress»ə istinadən verdiyi xəbərə görə, Əfəndiyev, «Nosta»nın baş direktoru Andrey Kançelskis və baş məşqçi Sergey Podpalıy bu günlərdə məhşur iş adamı Əlişir Usmanovla görüşəcəklər. Əslən özbəkistanlı olan İngiltərə «Arsenal»nın səhmlərinin müəyyən hissəsini alan Usmanov «Nosta»nın əsas sponsoru sayılır. Əfəndiyev Usmanovla görüşdə klubun gələn il üçün büdcəsini müəyyənləşdirəcək. «Nosta»nın 2009-cu ildə büdcəsi 400 milyon rubl olacaq. Qeyd edək ki, Novotroitsk klubu ötən mövsüm Rusiya çempionatının birinci dəstəsində 5-ci yeri tutub. «Nosta»da baş direktorun müavini də həmyerlimizdir - 1956-cı ildə Bakıda anadan olmuş Cavanşir Əliyev.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi