Berti Foqts “İnter”in oyununu izləməyə gedir

Berti Foqts  “İnter”in oyununu izləməyə gedir
ÖLKƏ FUTBOLU 29 İyun 2009 / 14:20 2320
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts iyulun 2-də Trnavada Avropa Liqasının ilkin təsnifat mərhələsinin ilk qarşılaşması çərçivəsində keçiriləcək “Spartak”-“İnter” matçını canlı izləyəcək. Bu məlumatı Qol.Az-a almaniyalının I köməkçisi Vaqif Sadıqov deyib. Sadıqovun sözlərinə görə, Foqts klublarımızın bütün səfər oyunlarını canlı olaraq stadionlardan izləyəcək və bu mənada ilk olaraq o, Almaniyadan Slovakiyaya gedəcək: “Foqsla son söhbətimizdə onun klublarımızın avrokuboklardakı səfər, mənim isə ev matçlarını izləyəcəyim dəqiqləşdi. Bu mənada o, iyulun 2-də Slovakiyada “Spartak”-“İnter” baxacaq. Mən isə Bakıda “Simurq”-“Bney Yehuda” matçını izləyəcəm. Bununla da milliyə namizəd futbolçuların hazırlıq səviyyəsi ilə yaxından tanış olacağıq və onları diqqətdə saxlayacağıq”. Sadıqov həmin namizədlərin siyahısının artıq Foqtsda olduğunu bildirdi: “İsveç toplanışında yeni futbolçuların sınaqdan çıxarılıb-çıxarılmayacağına gəlincə, sizə onu deyə bilərəm ki, hazırda Foqtsun əlində çox geniş bir siyahı var”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi