Vüsal Əliyev: “Üzərimə düşən məsuliyyəti gözəl anlayıram”

Vüsal Əliyev: “Üzərimə düşən məsuliyyəti gözəl anlayıram”
ÖLKƏ FUTBOLU 29 İyun 2009 / 13:05 2196
-  A +

“Görünür bundan əvvəlki təyinatımın öhdəsindən layiqincə gəldiyimdən və yüksək qiymət aldığımdan, UEFA mənə növbəti təyinatı göndərib. Mən də təyinat aldığım oyuna çox ciddi hazırlaşıram. Həmişə formamı qorumağa çalışıram. Hər gün məşq edirəm ki, oyuna tam hazır yollanıb”. Bu sözləri Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Avropa Liqası çərçivəsində iyulun 23-də keçiriləcək “Riyeka” (Xorvatiya) - “Differdanj” (Lüksenburq) oyununun baş hakimi olacaq FİFA referisi Vüsal Əliyev deyib. Əliyev bu qarşılaşmada üzərinə böyük məsuliyyətin düşəcəyini deyib: “Təbii ki, üzərimə düşən məsuliyyəti gözəl anlayıram. Əlimdən gələni edəcəm ki, ölkəmizi layiqincə təmsil edim və yüksək qiymət alım. Bunu bacarsam növbəti mərhələdə keçiriləcək oyunlara da təyinat almaq şansım artacaq. Eyni zamanda Azərbaycanlı hakimlərin Avropaya daha çox təyinat almasına da şərait yaradacam".

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi