"Qarabağ"ın yoxlama görüşlərinin vaxtı məlum oldu

XƏBƏR 26 İyun 2009 / 21:10 2224
-  A +

Avropa Liqasının ikinci mərhələsində qarşılaşacağı rəqibin kimliyini gözləyən “Qarabağ” eyni zamanda hazırlığını da davam etdirir. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Qol.Az-a verdiyi məlumata görə, Ağdam klubu bu gün də iki məşq keçib. Səhər məşqi daha çox fiziki, hazırda davam edən axşam məşqi isə toplu çalışmalara həsr olunub. Düşərgədə əhval-ruhiyyə əladır. Heyətə gəlincə, komandanın albaniyalı müdafiəçisi Admir Teli artıq klubun düşərgəsindədir və kollektiv məşqlərə qoşulub. Amma itkilər də davam etməkdədir. Ağdam klubunun aparıcı futbolçularından olan Aftandil Hacıyevlə Vaqif Cavadov zədə səbəbindən hələ də kollektivə qoşula bilmirlər. Onlar hazırlıqlarını fərdi qaydada davam etdirirlər. İbrahimovdan keçirəcəkləri yoxlama görüşləri haqında da soruşduq. Klub rəsmisi yoldaşlıq görüşlərinin vaxtlarının dəqiqləşdiyini də diqqətimizə çatdırdı: “İlk yoxlama görüşümüzü iyunun 28-də “Antalyaspor”a qarşı keçirəcəyik. Növbəti yoxlama matçları isə iyulun 2-nə və 9-a nəzərdə tutulub. Amma rəqiblərin kimliyi hələ bilinmir. Ayın 1-də təlim-məşq toplanışı keçmək üçün buraya yeni komandalar gələcək və onlarla danışıb bu problemi də həll edəcəyik”. İbrahimovun sözlərinə görə, hazırda baxışda olan türkiyəli futbolçuların taleyinə “Antalyaspor”la matçdan sonra aydınlıq gələcək.


 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi