Xaqani Məmmədov: “Xodukində taktika deyilən anlayış yox idi”

Xaqani Məmmədov: “Xodukində taktika deyilən anlayış yox idi”
XƏBƏR 26 İyun 2009 / 20:32 2087
-  A +

“Xodukində taktika deyilən anlayış yox idi. Hər halda mənə belə gəlir. Sxadadzedə isə tamam fərqlidir. Məşqə çıxanda bilirsən ki, taktika var, planlı hazırlıq keçirsən. Bu mənada gürcü mütəxəssisin “İnter”ə baş məşqçi gəlməsini müsbət addım sayıram”. Bu sözləri Qol.Az-ın əməkdaşı ilə söhbətində “İnter”in hücumçusu Xaqani Məmmədov deyib. O, ehtiyatda qalmasının əsas səbəbkarı kimi sabiq baş məşqçiləri ukraynalı Valentin Xodukini günahlandıraraq, bundan sonra özünü sübut edəcəyinə inandığını deyib: “Sxadadze Türkiyə toplanışında şans verdi. Mən də bu şansdan istifadə edərək onun etimadını doğrultmağa çalışdım. Hiss edirdim ki, oyundan oyuna artırıram. İnanıram ki, Avropa Liqasında və Azərbaycan Premyer Liqasında da qollarımın davamı gələcək”.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi