Ramin Musayev: “Babək Quliyev çox doğru deyir ki...”

ÖLKƏ FUTBOLU 25 İyun 2009 / 12:49 2622
-  A +

“Yəqin Babək Quliyev bilmir ki, hakimlər komitəsinin başçısı kimdir. Əgər bilsəydi, belə danışmazdı”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri FİFA referisi, bir müddət əvvəl hakimlikdən uzaqlaşdırılan Babək Quliyevin ittihamlarına cavab verərkən PFL-in prezidenti Ramin Musayev deyib. Musayev bildirib ki, o heç kimi cəzalandırmayıb: “Mən heç kimi cəzalandırmamışam. Babək Quliyev çox doğru deyir ki, mənim hakimlərin işinə qarışmağa ixtiyarım yoxdur. Həqiqətən də belədir. Amma mən sadəcə olaraq, oyunlardan sonra onların buraxdığı səhvləri göstərə bilərəm”.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi