Mingəçevir stadionunda təmir-bərpa işləri davam edir (FOTOSESSİYA)

XƏBƏR 24 İyun 2009 / 15:27 2608
-  A +

Yaşar Məmmədzadənin adını daşıyan Mingəçevirin mərkəzi şəhər stadionunda təmirbərpa işləri davam etdirilir. Qol.Az-ın məlumatına görə, ötən ilin sentyabrından başlanılan köklü yenidənqurma işləri arenanın balansında olduğu Gənclər və İdman Nazirliyinin maliyyə vəsaiti hesabına aparılır. 1953-cü ildə əsası qoyulan idman qurğusu müstəqillik dönəmindən sonar ilk dəfədir ki, təmir olunur. Əvvəlki görkəmini tədricən itirən stadion yalnız indi-indi müasirləşir. Yararsız vəziyyətdə olan tribunalara əl gəzdirilib və 5200 ədəd plastik oturacaq qoyulub. Qazonun durumu müəyyən qədər yaxşılaşdırılıb. Ehtiyat oyunçular skamyaları yenilənib. Sovet dövründən qalan tablo kiçik olsa da, təzəsiylə əvəzlənib. Stadionun direktoru Akif Hüseynovun sözlərinə görə, meydandakı hər 2 qapı da dəyişdiriləcək. Meydançanın kənarındakı qaçış zolağına rezin ayaqaltılar döşənəcək. Bütün bunlarla yanaşı stadionun həyətindəki hovuza göz oxşayacaq fəvvarə də qoyulacaq. Görülməsi nəzərdə tutulan restavrasiya işlərinin birinci divizionda yeni mövsümün startına kimi başa çatdırılması planlaşdırılıb. Çünki şəhərin yeganə komandası olan “Energetik” ev oyunlarını məhz bu arenada keçirir.  




























Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi