Rasim Kara Azərbaycana qayıdır

Rasim Kara Azərbaycana qayıdır
ÖLKƏ FUTBOLU 8 Dekabr 2008 / 14:41 4009
-  A +

«Xəzər-Lənkəran» klubunun sabiq baş məşqçisi Rasim Kara bir neçə gündür ki, Azərbaycanı tərk edib. Hazırda İstanbulda olduğunu söyləyən Kara Qol.Az-ın əməkdaşıyla söhbətində ilk öncə Qurban bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik edib, onlara salamlarını göndərib. Bu günlərdə doğma vətənində istirahət etdiyini söyləyən Rasim Kara «Xəzər-Lənkəran»ın yeni baş məşqçisi İqor Ponomaryovun Azərbaycan futboluna yaxından bələd olduğunu və onun rəhbərliyi altında «XL»in uğur qazanacağına inandığını deyib.
R.Kara hələlik nə Türkiyə, nə də Azərbaycanın hansısa klubu ilə danışıqlar aparmadığını söyləyib. Bununla belə, R.Kara Qurban bayramından sonra Azərbaycana gələcəyini söyləyib. O, ölkəmizə səfərinin məqsədi barədə açıqlama verməyib.

Daha çox


Son xəbərlər